Braziliyalı futbolçu “İmişli”yə qayıtdı
- 10 Sen 2026 23:21
- 156
“İmişli” Rafael Vyeqasla müqavilə imzalayıb.
Rekord.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti yayıb.
26 yaşlı portuqaliyalı futbolçu mövsümün sonuna qədər “İmişli”nin formasını geyinəcək.
Rafael Vyeqas karyerası ərzində Portuqaliyanın “San-Joau Ver”, “Vilaverdense”, “Felqeyraş”, “Salgueyruş”, “Şaveş”, “Vizela” və “Agueda”, Çexiyanın “Znoymo”, həmçinin Braziliyanın “Real-DF” komandalarında çıxış edib.
Vyeqas ötən mövsüm də “İmişli”nin heyətində yer alıb. O, 31 oyunda meydana çıxıb və 1 qol vurub.