Braziliya millisinin sabiq futbolçusu Villian İngiltərənin "Fulhem" klubundan ayrılıb.


Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


Onun bitən müqaviləsinin müddəti uzadılmayıb.


36 yaşlı vinger başa çatan mövsümdə London təmsilçisinin heyətində 12 matçda meydana çıxıb. 2022-2024-cü illər aralığında "Fulhem"də çıxış etmiş oyunçu cari ilin fevralında komandaya qayıtmışdı.