Türkiyənin 1-ci liqasında çıxış edən “Boluspor”un qapıçısı Orlondo Moskera Azərbaycan klubundan təklif alıb.

Rekord.az xəbər verir ki, bu barədə Türkiyənin “Ajansspor” portalı məlumat yayıb.

Panamalı qolkiperin meneceri Tekin Birinci, futbolçunun Azərbaycandan təklif aldığını açıqlayıb:

“Azərbaycanın güclü bir klubu mənimlə əlaqə saxladı və Orlondonun vəziyyətini soruşdu. Mən də hazırda futbol haqqında danışılacaq vəziyyətin olmadığını dedim”.