
“Bizi finalda böyük oyun gözləyir” - Şafranko
- 29 May 2025 16:30
- 153
"Sabah"ı Azərbaycan Kubokunun finalında böyük oyun gözləyir”.
Rekord.az xəbər verir ki, bunu "Sabah"ın futbolçusu Pavol Şafranko mətbuat konfransında deyib.
O, "Qarabağ"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Hər iki kollektiv üçün vacib matçdır. Titula sahib çıxmaq üçün əlimizdən gələni edəcəyik. Bunun üçün söz verirəm".
Şafranko Azərbaycan Kubokunun qalibi olmaq istədiyini sözlərinə əlavə edib:
"Hər titul önəmlidir. Azərbaycan Kubokunu qazandığım digər titullardan üstün tutmuram". (Report)
Mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq matç saat 19:00-da start götürəcək.