Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Şəki şəhəri üzrə gənclər və idman sektorunun və "Sheki City" Futbol klubunun  təşkilatçılığı ilə Şəki şəhər stadionunda keçirilən turnirdə 2013-2016-cı il təvəllüdlü idmançılar mübarizə aparıblar.

Rekord.az xəbər verir ki, turnirdə 6 komanda iştirak edib.T

urnirin nəticələrinə əsasən: l yerə- Bəxtiyar Vahabzadə komandası, ll yerə- 44 gün komandası, lll yerə- Zəfər komandası çıxmışdır.

Turnirin sonunda fərqlənən futbolçular diplom və hədiyələrlə təltif olunub.