
Benzyanın qolu və ötürməsi Əlcəzairi məğlubiyyətdən xilas etmədi
- 11 İyn 2025 00:34
- 68
"Qarabağ"ın yarımmüdafiəçisi Yassin Benzya Əlcəzair yığmasında növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, 30 yaşlı futbolçu İsveçlə qarşılaşmada bir qol və bir ötürmə ilə yadda qalıb.
Solna şəhərində keçirilən qarşılaşmaya Yassin ehtiyatda başlayıb. Baş məşqçi Benzyaya hesab 0:4 olarkən şans verib. O, meydana daxil olduqdan 4 dəqiqə sonra Bennaserə ötürmə verib, 11 dəqiqə sonra isə özü fərqlənib. Son dəqiqədə Əlcəzair daha bir qol vursa da, məğlubiyyətdən qurtula bilməyib - 3:4.
2023-cü ilin yanvarından "Qarabağ"da oynayan Benzyanın komandanı tərk edəcəyi gözlənilir.