
Benzema daha 2 il "Real"da qalacaq
- 18 Okt 2022 12:20
- 417
"Real" yaxın vaxtlarda Kərim Benzema ilə müqaviləsini yeniləyəcək.
Rekord.az xəbər verir ki, Madrid təmsilçisi artıq 34 yaşlı hücumçu ilə sözləşməni uzatmaq üçün razılaşıb.
Tərəflər yaxında 2024-cü ilin yayınadək müqavilə imzalayacaqlar. Benzemanın hazırkı sözləşməsi isə 2023-cü ilin yayına qədərdir.
Benzema "Real"a 2009-cu ilin yayında "Lion"dan keçib. Hücumçu bu mövsüm bütün turnirlərdə 10 oyunda 5 qol vurub və 1 qolun ötürməsini verib.