Dortmund "Borussiya"sı "Sanderlend"in futbolçusu Cob Bellingemin transferini rəsmiləşdirib.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


19 yaşlı yarımmüdafiəçi ilə müqavilə 2030-cu ilə qədər nəzərdə tutulub.


Cob "Real"ın futbolçusu Cud Bellingemin qardaşıdır. O, ötən mövsüm Çempionşipdə 43 oyun keçirib, 4 qol vurub, 3 məhsuldar ötürmə edib.