
“Belə oyunlar hakimlər üçün asan olmur” - Qurban Qurbanov
- 31 May 2025 22:25
- 84
“Qarabağ” bü gün Azərbaycan kubokunun final matçında “Sabah”la qarşılaşıb.
Rekord.az xəbər verir ki, əsas vaxtı 2:2 hesabı ilə başa çatan və əlavə vaxtın son dəqiqələrində qapısında qol görərək məğlub olan “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Qurbanov futbolçularının yaxşı oyun keçirdiyini bildirib:
“Sabah”ı təbrik edirəm. Futbolçularım yaxşı oyun keçirdilər. Həm kubokda, həm Avropa Liqasında, həm də milli komandada çıxış edirlər mövsümboyu. Belə olan halda futbolçuları motivasiya etmək çətin olur.
Belə oyunlarda aqressiya yüksək olur. Bu gün bizim üçün gərgin keçdi. Oyunçularla həm meydanda, həm də ondan kənarda özlərini idarə etmələri üçün danışıqlar aparırıq. Futbolda belə hallar olur.
Belə oyunlar hakimlər üçün asan olmur”.
Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilib.