
“Bayern”də ciddi itki
- 17 Okt 2022 17:15
- 442
Almaniya millisinin və "Bayern"in futbolçusu Leroy Sane zədələnib.
Rekord.az Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Bundesliqanın 10-cu turu çərçivəsində "Frayburq"u 5:0 hesabı ilə məğlub etdikləri ev oyununda sıradan çıxıb.
Bud nahiyəsindən xəsarət alan oyunçunun yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmayıb.
Xatırladaq ki, Leroy Sane 2020-ci ildən "Bayern"də çıxış edir.