
"Bavariya" "Qarabağ"ın rəqibini belə darmadağın etdi VİDEO
- 17 Okt 2022 11:00
- 482
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Frayburq” Almaniya Bundesliqasında növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, Kristian Ştrayxın baş məşqçi olduğu komanda X turda səfərdə “Bavariya” ilə qarşılaşıb.
Görüş münhenlilərin darmadağını ilə yekunlaşıb – 5:0.
Bu oyundan sonra 18 xalda qalan “Frayburq” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
“Qarabağ” G qrupundakı ilk oyununu Almaniyada “Frayburq”a qarşı keçirib. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında VI tur matçı noyabrın 3-də Bakıda olacaq.