
"Bavariya" futbolçuları Naqelsmandan niyə narazıdır?
- 18 Okt 2022 13:43
- 406
“Bavariya”nın futbolçuları baş məşqçi Yulian Naqelsmanndan narazıdır.
Rekord.az xəbər verir ki, oyunçuların 35 yaşlı mütəxəssislə bağlı üç əsas şikayəti var.
Birincisi, oyun zamanı uğurlu qərarların alınmaması, gedişata təsir edə bilməmək.
İkincisi, əvəzetmələrin düzgün edilməməsi.
Nəhayət, üçüncü səbəb Naqelsmannın davranışlarıdır. Onun oyun zamanı texniki zonada çılğın olması futbolçuların xoşuna gəlmir.
Naqelsmann “Bavariya”nı ötən ilin yayından çalışdırır.