Basketbolçu Rəşad Sadıqov - FOTOLAR
- 11:00
- 56
Rekord.az hazırda "Zirə"nin baş məşqçisi olan Rəşad Sadıqovla bağlı maraqlı məlumatı sizə təqdim edir:
2006-cı ildə "Kayserispor"da baş məşqçi ilə problem yaşayan Rəşad Sadıqov Azərbaycana dönür. İlk danışıq aparıb razılığa gəldiyi klub da "Neftçi" olur. Lakin bu elə anda baş verir ki, Azərbaycanda transfer pəncərəsi bağlanmışdı. Həm klub, həm də Rəşad özü AFFA-ya müraciət edib xahiş edir ki, milli üzvü olduğunu nəzərə alıb, ona güzəşt etsinlər. Həm də aradan elə çox vaxt keçməmişdi, pəncərə cəmi 1 gün idi bağlanmışdı. Lakin federasiya bu güzəşti etmir. Bu isə Rəşadın 5 ay futbolsuz qalması demək idi. Çünki növbəti pəncərə 5 aydan sonra, qışda açılacaqdı. Rəşad hətta AFFA-nın o vaxtkı prezidenti mərhum Ramiz Mirzəyevlə də görüşür. Mirzəyev isə Rəşada ironik şəkildə qışa qədər gedib I Liqada oynamağı məsləhət görür. Bütün bunlardan sonra futboldan küsən Sadıqov meylini basketbola salır və 6 ay peşəkar şəkildə basketbolla məşğul olur.