Basketbol Liqasında pley-off oyunları start götürür
- 2024-04-30 12:45
- 153
Bu gün Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start veriləcək.
Rekord.az xəbər verir ki, ilk oyun günündə "Xırdalan" və "Neftçi" kollektivləri üz-üzə gələcəklər.
"Sərhədçi" İdman Mərkəzində keçiriləcək 1/4 final matçının start fiti saat 19:30-da səslənəcək. Komandalar arasında ikinci oyun mayın 2-də baş tutacaq.
1/4 finalın "Xəzri" - "Sərhədçi" görüşü sabah keçiriləcək.
Pley-off seriyasında ən tez iki qələbə qazanan klublar yarımfinala yüksələcəklər. Seriyada bərabərlik olarsa, o zaman 3-cü oyun gerçəkləşəcək.