
“Barselona”ya görə “Milan”la vidalaşdı
- 28 May 2022 11:46
- 543
Frank Kessye İtaliyanın “Milan” klubundan ayrılıb.
Rekord.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib və hər kəsə təşəkkür edib.
Kessyenin “Milan”la müqaviləsinin müddəti iyunun 30-na qədərdir. Fil Dişi Sahili yığmasının üzvü azad agent kimi İspaniyanın “Barselona” klubuna keçməyə hazırlaşır.
Kessye 2017-ci ilin yayından “Milan”da çıxış edirdi. O, bu komandanın heyətində keçirdiyi 5 mövsümdə 222 oyuna çıxıb, 38 qol vurub.