"Barselona"nın futbolçusu Serji Roberto zədələnib.

Rekord.az xəbər verir ki, 30 yaşlı yarmmüdafiəçi ötən gecə La Liqanın 11-ci turunda "Atletik"lə oyunda (4:0) sıradan çıxıb. O, bu gün səhər saatlarında tibbi müayinədən keçib. Serjinin sol çiyni çıxb. 

Bu zədə səbəbindən Roberto ən azı bir ay meydana çıxa bilməyəcək.

Xatırladaq ki, noyabrın 20-dən dekabrın 18-dək Qətərdə DÇ-2022 keçiriləcək. Ona görə də ispaniyalı futbolçu "Barselona"nın heyətində ən azı dekabrın 31-də "Espanyol"la matça kimi oynaya bilməyəcək.

Qeyd edək ki, S.Roberto bu mövsüm La Liqada 9 oyunda 2 qol vurub.