İspaniyalı 17 yaşlı futbolçu Lamin Yamal “Barselona” ilə müqaviləsinin müddətini uzadıb.


Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.


Yeni müqavilənin müddəti 2031-ci ilə qədər davam edəcək.


Lamin Yamal 2023-cü ildən “Barselona”nın şərəfini qoruyur. Klubun tərkibində o, ikiqat İspaniya çempionu olmaqla yanaşı, ölkə kubokunun və superkubokunun qalibi olub. Bu mövsüm Yamal müxtəlif turnirlərdə 55 matçda “Barselona”nın heyətində 18 qol vurub.


Yamal İspaniya milli komandasının tərkibində 2024-cü il Avropa çempionatının qalibi olub və turnirin ən yaxşı gənc oyunçusu seçilib.