Aleksey Baqanın "Sumqayıt"dan gedişi həm gözlənilən, həm də gözlənilməz oldu. Gözlənilən o mənada oldu ki. nəticələr uğursuz idi. Gözlənilməz o mənada idi ki, istefa qərarı bir günün içində, anidən oldu.

Rekord.az bu gedişin təfərrüatları barədə maraqlı məlumatlar əldə edib.

Sən demə, dünən səhər saatlarına kimi konkret istefa ilə bağlı hansısa söhbət yox idi. Hətta Baqa komandanı məşqə çıxarmağa hazırlaşırdı. Nə oldusa, bir anın içində oldu. "Kapital Bank Arena"da klub daxili iclas keçirildi. İclasda komandanın cari mövsümdəki çıxışı və bundn sonrakı perspektivlər müzakirə olunub. Nə olusa da, bu müzakirələrdən sonra olub. Hər iki tərəf belə qərara gəlib ki, qarşılıqlı işbirliyinin mənası yoxdur. Yəni dirənib hazırkı durumu daha da qəlizləşdirməyin mənası yoxdur. Ona görə də qarşılıqlı razılaşma ilə müqaviləyə xitam verilib. Bundan sonra Baqa "Sumqayıt"ın bütün üzvləri, futbolçular, məşqçilər, texniki heyət, o cümlədə, akademiyada çalışan şəxslərlə də çox mehriban şəkildə sağollaşıb və Sumqayıtı tərk edib. Bir maraqlı məqamı da deyək ki, belaruslu mütəxəssis "Sumqayıt"a qarşı böyük jest edib və 2 ilə yaxın qüvvədə olan müqaviləyə görə, klubdn təzminat tələb etməyib. Səbəbini isə bu cür açlqlayıb: "Mən bura pul üçün gəlməmişdim. Komanda üçün nə etdim ki, təzminat da tələb edim?".