Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulub.

Rekord.az xəbər verir ki, son gündə bir oyun baş tutub.

Debütant “Şəfa” son çempion “Sabah”la qarşılaşıb. Sumqayıtda keçirilən oyunda qonaqlar darmadağına seviniblrə.

Daha öncə keçirilən oyunlarda “İmişli” “Neftçi”yə (2:3) uduzub, “Kəpəz” “Qəbələ”yə (1:0) qalib gəlib. “Sumqayıt” – “Şamaxı” (1:1), “Araz-Naxçıvan” – “Turan Tovuz” (2:2) və “Zirə” – “Qarabağ” (1:1) oyunlarında isə qalib müəyyənləşməyib.

Misli Premyer Liqası
5-ci tur

14 sentyabr

“Şəfa” – “Sabah” 0:3
Qollar: Patrik Mbina, 25. Abdulla Xaybullayev, 30. Velko Simiç, 69.
Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhrab Abbasov, Ruslan Quliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Gülnurə Əkbərzadə.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
“SOCAR Polymer Arena”, 19:00.

Şəfa: 1. Nicat Mehbalıyev, 28. Murad Musayev (k), 83. Nihad Quliyev, 6. Fərid Yusifli, 10. Dilan Mertens, 18. Bafode Dansoko, 4. Maudo Jarjue, 17. Musa Quel, 11. Andrey Draqu, 34. Kristofer Mamenqi, 7. Treyvon Fuller.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 99. Məmməd Hüseynov, 3. Tərlan Quliyev, 42. Elnur Cəfərov, 55. Rauf Hüseynli, 5. Arsen Ağcabəyov, 21. İsmayıl Zülfüqarlı, 29. Vüsal Qənbərov, 23. Nahid Əliyev, 66. Nurhan Abdıyev, 8. Vlad Pop, 22. Umar Diav.
Baş məşqçi: Zaur Həşimov.
Sabah: 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 21. Velko Simiç, 27. Timoteuş Puxaç (k), 37. Du Keyros, 99. Patrik Mbina, 7. Umarali Rahmonaliyev, 4. Eyden Makkarti, 23. Yunes Laşaab.
Ehtiyat oyunçular: 92. Stas Pokatilov, 1. Amin Ramazanov, 16. Rauf Rüstəmli, 20. Coy Lens Mikels, 80. Akim Zedadka, 13. İvan Lepiniça, 11. Kahim Parris, 33. Junior Almeyda, 88. Rodriqo Fernandes, 18. Karlos Eduardo, 8. Kristian Nvaçukvu, 35. Cafet Bulus.
Baş məşqçi: Valdas Dambrauskas.