Bakıdakı DÇ-də iştirak edəcək 46 ölkə heyətini açıqladı
- 20:40
- 30
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatında iştirak edəcək 46 ölkə heyətini açıqlayıb.
Rekord.az xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyasının (IJF) mətbuat xidməti məlumat yayıb.
Hazırda mundialda iştirakı dəqiq olan cüdoçuların sayı 306 nəfərdir. Onlardan 166-sı kişi, 140-ı isə qadın idmançıdır.
Bu həftənin sonunadək dünya çempionatında iştirak edəcək bütün ölkələrin ən azı ilkin heyətlərini açıqlaması gözlənilir.
Cüdo üzrə dünya çempionatı oktyabrın 4-dən 11-dək Milli Gimnastika Arenasında təşkil olunacaq.