İsmayıllıda cüdo üzrə regional turnir
- 12:20
- 31
İsmayıllı Olimpiya İdman Kompleksində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi, Azərbaycan Cüdo Federasiyası və İsmayıllı Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidləri Vüsal Dəmirov və Ramil Yusifovun xatirəsinə həsr olunmuş cüdo idman növü üzrə yeniyetmələr arasında regional turnir keçirildi.
Rekord.az xəbər verir ki, dövlət himnimizin sədaları altında turnir açıq elan edildikdən sonra torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi.
Turnirin keçirilməsində məqsəd yeniyetmələr arasında cüdo idman növünün təbliği, sağlam həyat tərzinin təşviqi, gənc idmançıların fiziki və mənəvi inkişafına dəstək olmaq, onların idman bacarıqlarını üzə çıxarmaq və möhkəmləndirmək, istedadlı yeniyetmələrin aşkara çıxarılaraq gələcəkdə daha geniş miqyaslı yarışlara hazırlanmasına şərait yaratmaqdır. Bu cür turnirlər həmçinin gənclər arasında vətənpərvərlik ruhunun aşılanmasına, dövlətçiliyimizə və milli dəyərlərimizə bağlılığın gücləndirilməsinə xidmət edir. Sonda qaliblər Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olundular.