“LANDAU Lions" Çempionlar Liqası ilə vidalaşdı
- 19:30
- 30
Azərbaycanın "LANDAU Lions" basketbol komandası avrokuboklarda mübarizəyə start verib.
Rekord.az xəbər verir ki, komanda FIBA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Latviyanın "VEF Riqa" kollektivi ilə üz-üzə gəlib
Bolqarıstanın Samokov şəhərində təşkil olunan qarşılaşma rəqibin qələbəsi ilə bitib - 105:88.
Çempionlar Liqası ilə vidalaşan "LANDAU Lions" yoluna Avropa Kubokunun G qrupunda davam edəcək.
Xatırladaq ki, Azərbaycanın digər təmsilçisi "Sabah" FIBA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq.