“Kəpəz” cərimələndi
- 15:40
- 41
AFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, bu gün keçirilən iclasda Premyer Liqanın 5-ci turu ilə bağlı bir qərar qəbul edilib.
“Kəpəz”– “Qəbələ” oyununda “Kəpəz” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Kəpəz” komandası 5000 manat cərimə edilib.
Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında da 4-cü turunun bəzi oyunları ilə bağlı qərarlar qəbul edilib:
“Qarabağ-2”– “Araz-Naxçıvan-2” oyununda “Qarabağ-2” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Qarabağ-2” komandası 70 manat cərimə edilib.
“Turan Tovuz-2”– “Sumqayıt-2” oyununda “Turan Tovuz-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz-2” komandası 70 manat cərimə edilib.
“Qəbələ-2”– “İmişli-2” oyunu “İmişli-2” komandasının qapıçısının formasında problem olması səbəbindən gec başladığı üçün “İmişli-2” komandası 150 manat cərimə edilib.