“Neftçi”də daha bir ayrılıq
- 20:00
- 32
“Neftçi” PFK ilə futbolçu Elvin Camalov arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Rekord.az xəbər verir ki, klub təcrübəli futbolçuya ağ-qara formada göstərdiyi yüksək peşəkarlıq və əzmkarlığa görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
2025-ci ilin yanvarında “Neftçi”yə transfer olunmuş Elvin bu müddətdə komandanın heyətində 29 rəsmi oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə edib.