"Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa hazırkı durumdan narazıdır.

Rekord.az-a daxil olan məlumata görə, belaruslu mütəxəssis bununla bağlı klub rəhbərliyinə də narahatlığını çatdırıb.

Əsas narahatlıq isə klubun gələcək strategiyası ilə bağlıdır. Çünki büdcə, heyət, legioner qadağasının götürülüb-götürülməyəcəyi və s. məsələlərlə bağlı heç nə məlum deyil. Klubun əsas sponsoru "Azərikimya" isə Riad Rəfiyevi prezident postundan uzaqlaşdırıb şirkətin daxilindən bir şəxsi klubun başına keçirmək istəyir. Ona görə də məsələlər qarışıq olaraq qalır.