Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Balakən rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Balakən rayon Uşaq Gənclər İdman Şahmat məktəbində 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş şahmat üzrə rayon turniri keçirilib.

Rekord.az xəbər verir ki, yarışda 66 yeniyetmə qız və oğlanlar mübarizə aparırdı.

Qalıb gələn idmançılar Balakən rayon gənclər və idman sektoru tərəfindən diplomlarla təltif olunublar.