Bakda təşkil olunan minifutbol üzrə dünya çempionatında üçüncü yerin sahibi müəyyənləşib.


Rekord.az xəbər verir ki, bürünc medal uğrunda oyunda Monteneqro və Serbiya yığmaları üz-üzə gəlib.


Qarşılaşma serblərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Final mərhələsində Azərbaycan və Macarıstan seçmələri münasibətlərinə aydınlıq gətirəcəklər. Görüş saat 20:00-da start götürəcək.