AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində qapıçılar üzrə məşqçilər üçün UEFA-nın A kateqoriyalı məşqçi kursunun birinci mərhələsi keçirilib.


Rekord.az xəbər verir ki, iki gün çəkən məşğələlərə təlimatçı Faiq Əzizov rəhbərlik edib.


Tədbirin ilk günündə AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə və təhsil şöbəsinin rəhbəri Aslan Kərimov da iştirak ediblər.


Kurs fasilələrlə 1 il davam edəcək.