Minifutbol üzrə dünya çempionatının 1/4 final mərhələsində keçirilən Azərbaycan - İngiltərə matçını 7007 azarkeş izləyib.


Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.


Bu, minifutbol üzrə dünya və Avropa çempionatları tarixində qeydə alınan ən böyük göstəricidir.


Bundan əvvəl ən çox azarkeş Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatının açılış matçında - Slovakiya - Belçika görüşündə olub (6513).