
Azərbaycanlı futbolçudan Rusiya klubu ilə yeni müqavilə
- 23 İyn 2025 17:20
- 177
Azərbaycanın U-21 yığmasının sabiq üzvü Kamran Əliyev karyerasını Rusiyada davam etdirəcək.
Rekord.az xəbər verir ki, 27 yaşlı vinger "SKA-Xabarovsk"da qalıb.
Birinci liqa klubu Kamranla yeni 1 illik müqavilə imzalandığını açıqlayıb.
"Ximki"nin yetirməsi 2023/2024 mövsümündə "Sumqayıt"da oynayıb.