2025/2026 mövsümündə Azərbaycanı UEFA turnirlərində təmsil edəcək bütün komandalar dəqiqləşib.


Rekord.az xəbər verir ki, bu, bu gün "Qarabağ" və "Sabah" komandaları arasında keçirilmiş Azərbaycan Kubokunun final oyunundan sonra bəlli olub.


Həlledici matçda rəqibini üstələyən (3:2) "Sabah" UEFA Avropa Liqasına vəsiqə qazanıb.


Misli Premyer Liqasının qalibi olan "Qarabağ" UEFA Çempionlar Liqasında mübarizə aparacaq. "Zirə" və "Araz-Naxçıvan" isə UEFA Konfrans Liqasında çıxış edəcək.