Azərbaycanda yeni yaranan komanda İtaliya klubu ilə əməkdaşlığa başladı - ÖZƏL!
- 11:00
- 42
Gəncədə yeni fəaliyyətə başlayan "Gəncə Yunayted" futbol məktəbi İtaliya klubu ilə əməkdaşlığa başlayıb.
Bu haqda Rekord.az-a məktəbin təsisçisi Etibar İbrahimov məlumat verib.
Onun sözlərinə görə, artıq tərəflər arasında razılaşma da əldə olunub: "Artlq müəyyən uğurlara da imza atmışıq, İtaliyanın "Frosinone" klubu ilə işbirliyinə başlamışıq, memorandım imzalamışıq, gələcəkdə futbolçularımız ora gedə bilər. İki Nigeriya klubu ilə əməkdaşlığa başlamışıq. Bundan başqa bir Fransa klubu ilə də işbirliyi qurmaq istəyirik. İyun ayında isə 2 qardaş nigeriyalı 14 yaşında bura gələcəklər və bizim düşərgəyə gələcəklər. Müqaviləyə də imza atmışıq. Qısası, planlarımız, düşüncələrimiz Gəncə futboluna, Azərbaycan futboluna dəstəkdi, fayda verməkdi və yöndə də bütün bacarığımızı ortaya qoyacayıq".