Azərbaycan millisi İrlandiya seçməsinə məğlub oldu
- 21:00
- 34
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi final mərhələsi 2029-cu ildə baş tutacaq Avropa çempionatının ("EuroBasket 2029") ilkin seçmə mərhələsində sonuncu oyununa çıxıb.
Rekord.az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv 6-cı turda İrlandiya seçməsini qəbul edib
Bakı İdman Sarayındakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 76:70.