18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının oktyabrın 13-dən 16-dək Bakıda, 17-dən 21-dək isə Gürcüstanın Rustavi şəhərində təlim-məşq toplanışı olacaq. 

Rekord.az xəbər verir ki, Bakı toplanışından sonra Gürcüstana gedəcək yekun heyət müəyyənləşəcək.

Milli komanda hazırlıq çərçivəsində oktyabrın 18-də və 21-də gürcüstanlı yaşıdları ilə iki yoldaşlıq oyunu keçirəcək.

Toplanışa dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

1. Xəyal Fərzullayev - Sumqayıt
2. Vaqif Malik Yeganov - Qarabağ
3. Rəvan Mirzəmmədov - Sabah
4. Murad Musayev - Qəbələ
5. Samir Ağayev - Qəbələ
6. Aslan Şirinov - Neftçi
7. Həmzəalı Mikayılov - Sabah
8. Rüfət Abbasov - Neftçi
9. Hacıəli Şirəliyev - Səbail
10. Ravil Qafarov - Qəbələ
11. Eşqin Əhmədov - Qəbələ
12. Murad Ələkbərov - Zirə
13. Lətif Rzayev - Neftçi
14. Fəxri Məmmədli - Sabah
15. Şahin Şahniyarov - Qəbələ
16. Edqar Ədilxanov - Şamaxı
17. Rüfət Bədəlzadə - Qəbələ
18. Sənan Ağalarov - Qəbələ
19. Arif İsrafilbəyov - Turan Tovuz
20. Tuncay Cəfərli - Sabah
21. Elmir Hüseynli - Qəbələ
22. Sadiq Şəfiyev - Turan Tovuz
23. Cavid Məmmədli - Mingəçevir