Azərbaycan millisi Avropa Kubokunun finalına yüksəldi
- 20:10
- 35
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa Kubokunun seçmə mərhələsində yarımfinal oyununa çıxıb.
Rekord.az xəbər verir ki, yığmamız Kosovo millisi ilə üz-üzə gəlib. Bakı vaxtı ilə 18:00-da start götürən qarşılaşma Azərbaycan yığmasının 21:5 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimiz finalda İrlandiya - Kipr cütünün qalibi ilə üz-üzə gələcək.
Xatırladaq ki, yığmamız daha əvvəl Kipr (16:10) və Maltanı (15:14) məğlub edib.