2025/2026 mövsümündən etibarən Azərbaycan İkinci Liqasında iştirak etmək hüququ qazanan "Şirvan" komandası bütün futbolçuları və texniki heyətlə yollarını ayırıb.


Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandada yer alan hər kəs hazırkı tarixdən etibarən sərbəst hesab edilib.


Ötən mövsüm bölgə təmsilçisinin heyətində çıxış etmiş bir neçə futbolçu ilə danışıqların aparlıacağı və yeni təkliflərin irəli sürüləcəyi bildirib.


"Şirvan" Azərbaycan İkinci Liqasına vəsiqə uğrunda pley-off matçında "Lerik"ə 3:2 hesabı ilə qalib gəlib.