Azərbaycan dünya çempionatında 4-cü oldu
- 07 İyn 2026 23:01
- 30
Azərbaycanın 3x3 basketbol üzrə qadınlardan ibarət yığması Polşanın paytaxtı Varşavada keçirilən dünya çempionatında 4-cü yeri tutub.
Rekord.az xəbər verir ki, Ratomir Deliçin rəhbərlik etdiyi komanda 3-cü yer uğrunda görüşdə Niderland yığması ilə qarşılaşıb.
Zədəli Brianna Freyzerin iştirak etmədiyi görüşdə millimiz oyunu 3 basketbolçu ilə davam etdirmək məcburiyyətində qalıb. Görüş rəqibin 21:14 hesablı qələbəsi ilə bitib.
Beləliklə, Azərbaycan yığması ilk dəfə iştirak etdiyi dünya çempionatını 4-cü pillədə başa vurub.