
"AZAL Arena"nın hazırkı durumu FOTOLAR
- 11 Apr 2022 12:00
- 1201
"AZAL Arena" bir vaxtlar Premyer Liqaya ev sahibliyi edən stadionlardan olub. Elitada çıxış etmiş "AZAL" ev oyunlarını məhz bu stadionda keçirirdi.
Rekord.az xəbər verir ki, hazırda bu arenada sükut hökm sürür.
Düzdür, arenada mühafizə xidməti var və sahibsiz deyil. Amma ümumi götürəndə baxımsızlıq diqqətdən qaçmır. Ötən gün təsadüfən stadion ərazisində olarkən kənardan etdiyimiz müşahidələr bunu deməyə əsas verir. Fotolardan da arenanın hazırkı baxımsız durumunu sezmək olar.