Ayxan Abbasovun israrla "Şamaxı"da görmək istədiyi futbolçulardan biri Murad Məmmədovdu.


Rekord.az xəbər verir ki, Şamaxı təmsilçisi israrla Muradı heyətinə qatmaq istəyir.


Təbii ki, icarə əsasında. Bu səbəbdən "ağ qaralar"la danışıqlar olacaq.  Xahiş olunacaq ki, əgər növbəti mövsümdə bu futbolçuya "Neftçi" çox oynamaq şansı verilməyəcəksə, onu "Şamaxı"ya icarəyə versinlər. Muradla bağlı son  qərarı isə "Neftçi"nin baş məşqçisi Samir Abasov verəcək.