
Avropa Parlamentinin deputatı: “Qarabağ” böyük potensiala malik klubdur”
- 02 Dek 2022 16:44
- 410
“Qarabağ” böyük potensiala malik və yaxşı təşkil olunmuş klubdur”.
Rekord.az xəbər verir ki, bunu Avropa Parlametinin deputatı Tomaş Poreba şəxsi “tvitter” hesabında yazıb.
“Veçista” komandasının baş məşqçisi Dariuş Marzek və onun köməkçisi Yanusz Svieradın Ağdam klubunda təcrübə keçməsinə yardımçı olan Poreba bunun üçün şad olduğunu bildirib.
Adları çəkilən məşqçilər noyabrın sonunda bir həftəlik Bakıya gəliblər.