Avropa Liqasının qalibi olan "Tottenhem" dörd futbolçu ilə vidalaşıb.


Rekord.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


Fraser Forster, Serxio Reqilon, Alfie Vitemanın başa çatan müqavilələrinin müddəti uzadılmayıb.


İcarə əsasında komandada çıxış edən Timo Verner isə Almaniyanın "Leyptsiq" klubuna qayıdıb.


"Tottenhem" Avropa Liqasının finalında "Mançester Yunayted"i minimal hesabla üstələyib - 1:0.