"Atletiko"nun prezidenti Enrike  Serezo PSJ-nin futbolçusu Kilian Mbappe haqda danışıb.

Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, fransalı hücumçunu almaq ehtimalını qəti şəkildə inkar edib: "Mbappe bizə lazım deyil. Ancaq onun kimi oyunçunun hər zaman istənilən komandada yeri olacaq".

Qeyd edək ki, Mbappenin gələn ilin yanvarında PSJ-dən ayrılmaq istədiyi barədə xəbərlər yayılıb.