
“Atletiko”da yeni müqavilə
- 02 İyn 2025 21:00
- 66
"Atletiko" fransalı futbolçusu Antuan Qrizmannın müqaviləsinin müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Anlaşmaya əsasən, 34 yaşlı hücumçunun yeni sözləşməsinin vaxtı 2027-ci il iyunun 30-da başa çatacaq.
Fransalı forvard başa çatan mövsümdə "Atletiko" forması ilə 53 matçda 16 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.