
“Atletik”dən yeni transfer
- 17:00
- 44
İspaniyanın “Atletik” klubu Robert Navarronun transferini açıqlayıb.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı futbolçu azad agent kimi heyətə cəlb edilib.
Onunla 2030-cu ilin iyununa qədər müqavilə imzalayıb.
Navarro “Barselona” akademiyasının yetirməsidir. O, peşəkar karyerası ərzində “Monako”nun gənclər komandasında, “Real Sosyedad” və “Kadis”də də çıxış edib.
Son mövsümdə “Malyorka”nın heyətində 23 oyuna çıxan futbolçu, 1 qol vurub.