Yaxşı maliyyə dayaqlarına malik olan, yeni mövsümdən I Liqada mübarizə aparacaq "Şəfa" stadion problemi ilə üzləşib.

Rekord.az xəbər verir ki, sözügedən klub keçmiş "Şəfa", hazırkı "ASK Arena"nı uzun müddətli icarəyə götürmək istəsə də, istəkləri baş tutmayıb.

Belə ki, arenanı girovda saxlayan "Azərbaycan Sənaye Bankı" klubun təklifindən imtina edib. Bəzi məlumatlarda isə bank rəhbərliyinin klubdan yüksək məbləğ tələb etdiyi deyilir.