Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.


Rekord.az xəbər verir ki, o, Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində avqustun 13-də keçiriləcək “Eqnatiya” (Albaniya) - “Şemrok Rovers” (İrlandiya) oyununun hakim-inspektoru olacaq.


Qarşılaşma Rroqojine şəhərində yerləşən “Eqnatiya” stadionunda baş tutacaq.