
“Arsenal”dan ayrılan futbolçu “Flamenqo”da
- 16:30
- 41
"Arsenal"ın futbolçusu Jorjinyo "Flamenqo"ya keçib.
Rekord.az xəbər verir ki, bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı yarımmüdafiəçi ilə 2028-ci ilin yayına kimi müqavilə imzalanıb.
İtaliya millisinin üzvü bu mövsüm "Arsenal"ın heyətində meydana çıxdığı 27 rəsmi matçda 1 qol vurub. O, 2023-cü ilin yayında "Çelsi"dən "Arsenal"a keçmişdi.