
“Arsenal”da yeni müqavilə
- 06 İyn 2025 16:00
- 39
“Arsenal” braziliyalı futbolçusu Qabriel Maqalyaynsla yeni müqavilə imzalayıb.
Rekord.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı müdafiəçi ilə yeni müqavilənin müddəti 2029-cu ilə qədər nəzərdə tutulub.
Braziliya millisinin üzvü 2020-ci ildə Fransanın “Lill” klubundan “Arsenal”a transfer olunub. O, “Topçular”ın heyətində ümumilikdə 210 oyun keçirib və 20 qol vurub.