Arda Gülər üçün mövsüm bitdi
- 20:00
- 34
“Real” La Liqada “Alaves” üzərində qələbə qazandığı (2:1) oyunda iki əsas futbolçusunu itirib.
Rekord.az xəbər verir ki, Madrid klubu müdafiəçi Eder Militao və yarımmüdafiəçi Arda Gülərin zədələndiyini rəsmən açıqlayıb.
Matçın ilk hissəsinin sonlarında zədə alan Militaoda sağ ayağın arxa bud əzələsinin zədəsi aşkarlanıb. Braziliyalı müdafiəçi cari mövsümdə artıq üçüncü dəfədir ki, zədə ilə üzləşir.
Gülər də oxşar zədə səbəbindən qarşılaşmanın 58-ci dəqiqəsində meydanı tərk edib.
Hər iki futbolçu mövsümün sonuna qədər “Real”a kömək edə bilməyəcək.