"Araz-Naxçıvan"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Aris" (Yunanıstan) heyətini gücləndirib.


Rekord.az xəbər verir ki, bu barədə Saloniki təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


Yunanıstan yığmasının 28 yaşlı hücumçusu Tasos Donislə 2 illik müqavilə imzalanıb.


Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin görüşləri iyulun 24-də və 31-də keçiriləcək. "Araz-Naxçıvan" ilk görüşü evdə, cavab matçını səfərdə keçirəcək.